RU

Zelenskiyə məktubu onlar yazdırıb – Detallar bəlli oldu

“Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Avropa ölkələrinin təzyiqi ilə məktub yazıb”.

Turkustan.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Kaya Ülger deyib.

O qeyd edib ki, Londonda keçirilən sammitdə Macarıstan və Slovakiyadan başqa bütün Avropa İttifaqı (Aİ) ölkələri münaqişədə Zelenski və Ukraynanı dəstəkləyəcəklərini bildiriblər:

“ABŞ Prezidenti Donald Tramp isə pərdəarxasında Avropa və Ukraynanı istisna edən danışıqlara başlamağa çalışır. İndiki mərhələdə Avropa tərəfinin ABŞ-ın öhdəliklərini davam etdirməsini təmin etmək üçün Zelenskiyə təzyiq göstərdiyi görünür. Düşünürəm ki, Zelenski məktubu da bu səylərinin davamı olaraq yazıb”.

Ekspertin sözlərinə görə, NATO-nun avropalı tərəfdaşları Aİ-nin prosesdən tamamilə kənarda qalmasının qarşısını almağa çalışırlar:

“Onlar çox güman ki, müdafiə xərclərini artırmaqla ABŞ-ın sistem daxilində qalmasına çalışacaqlar”./Globalinfo.az

Избранный
29
1
turkustan.az

2Источники