RU

Şimal-qərb regionunun 61 şagirdi RFO-nun finalında yarışacaq

Şəki–Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan 61 şagird Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində yüksək nəticə göstərərək finala vəsiqə qazanıb. 

Bu barədə TƏHSİL.BİZ -ə Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, yarımfinal mərhələsində Şəki rayonu üzrə 34, Oğuz rayonu üzrə 8, Qax rayonu üzrə 7, Balakən, Zaqatala və Qəbələ rayonlarının hər biri üzrə 4 şagird finalda iştirak etmək hüququ qazanıb.

Избранный
43
tehsil.biz

1Источники