Olimpiya çempionu Hidayət Heydərov (73 kq) qazandığı reytinq xallarının sayına görə ikincidi.
"Football-plus.az" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) qarışıq cədvəli həm kişilər, həm də qadınların dünya reytinqində liderlərin göstəricilərini əks etdirir.
Heydərov birləşmiş siyahıda üçüncü yerdən ikinciyə yüksəlib. O, ikiqat dünya çempionu Ann-Mari Vaqneri (Almaniya, 7132) qabaqlayıb. Cüdoçumuzun 7360 xalı var.
Bu, kişilər arasında ən yüksək göstəricidi və Heydərov ümumi cədvəldə yalnız Olimpiya çempionu Krista Dequçidən (Kanada, 9790) geri qalır.
Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) topladığı xallara görə yeddinci göstəriciyə malikdi - 6112. Özü də o, beşqat Olimpiya çempionu Teddi Rineri (Fransa, 5900) qabaqlayır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта