RU

Azərbaycanda dövlət himayəsində yaşayan ahılların sayı

Azərbaycanda hazırda 227 ahıl şəxs dövlət himayəsində yaşayır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Onlar ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yerləşdirilib.

Məlumatda deyilir ki, qurum tərəfindən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Sosial Xidmətlər Agentliyi tərəfindən ötən il bu kateqoriyadan 4528 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilib. Onlardan 4137 nəfəri ahıl, 391 nəfəri isə 70 yaşdan aşağı əlilliyi olan şəxslər olub. 

Ümumilikdə xidmət göstərilən şəxslərdən 3490 nəfəri qadın, 1038 nəfəri isə kişilər olub. 

Eləcə də, Sosial Xidmətlər Agentliyinin Həmin müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. 

Burada ahılların asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur. 

Həyata keçirilən layihələr çərçivəsində müəssisə sakinləri futbol və gimnastika məşğələlərinə cəlb edilirlər.

"Cebheinfo.az" 

Избранный
5
1
cebheinfo.az

2Источники