Vladimir Zelenskinin sülh danışıqlarına başlamağa hazırlığını yüksək qiymətləndiririk.
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Müsbət (Zelenskinin sülhə hazır olması ilə bağlı açıqlaması – red.) qiymətləndirirəm. Məsələ danışıqlar masasına kiminlə oturmaqdır. Hələlik Ukrayna prezidentinin Rusiya ilə danışıqlar aparmağa qanuni qadağası var. Ümumilikdə yanaşma müsbətdir, lakin nüanslar hələ dəyişməyib”, - o bildirib.