RU

Ukrayna: Zelenski Trampa məktub göndərməyib - ÖZƏL

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib ki, Prezident Vladimir Zelenski Donald Trampa məktub göndərməyib. Onun sözlərinə görə, Trampın Konqresdə bəhs etdiyi "məktub" əslində Zelenskinin X sosial şəbəkəsindəki paylaşımı olub. Olaylar.az xəbər verir ki, bu barədə "Liqa" qəzeti məlumat yayıb.

Markarovanın sözlərinə görə, Tramp çıxışı zamanı bu paylaşımı sitat gətirib və onu "məktub" adlandırıb. Həmin paylaşımda Zelenski ABŞ-a və şəxsən Trampa Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib, Kiyevin sonsuz müharibə istəmədiyini və sülh üçün işləməyə hazır olduğunu vurğulayıb.

Zelenskinin mətbuat katibi Sergey Nikiforov da Ukrayna liderinin Trampa heç bir rəsmi məktub göndərmədiyini təsdiqləyib.

Bundan əvvəl Tramp Zelenskidən məktub aldığını və Ukraynanın Rusiya ilə sülh danışıqlarına hazır olduğunu bildirib. Lakin söhbət rəsmi məktubdan yox, Zelenskinin X sosial şəbəkəsində paylaşdığı mesajdan gedirdi.

Ukrayna lideri həmin paylaşımında həmçinin vurğulayıb ki, Kiyev "istənilən vaxt və istənilən formatda" yeraltı sərvətlərə dair razılaşma imzalamağa hazırdır. Onun sözlərinə görə, bu addım daha güclü təhlükəsizlik təminatına doğru bir addım olacaq.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
32
olaylar.az

1Источники