RU

Ukraynalı deputat: ABŞ ilə münasibətlərin taleyinin necə olacağı bizi düşündürən əsas məsələdir

Ukraynanın ABŞ ilə münasibətlərinin taleyinin necə olacağı bizi düşündürən əsas məsələdir.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatı Lüdmila Buymister bildirib.

O bildirib ki, Ukrayna nəhayət klassik diplomatiyaya qayıtmalıdır: Çünki Ağ Ev prezidentinin kabinetində gedən mübahisə zamanı eşitdiyimiz üçüncü dünya müharibəsi təhlükəsi, əsas etibarı ilə həqiqətən qapımızın kandarındadır. Ukrayna ilə normal tərəfdaşlıq münasibətlərinin qurulması ilk növbədə ABŞ-ın da maraqlarında olmalıdır".

L.Buymister hesab edir ki, Ukrayna ordusu artıq yüksək döyüş təcrübəsi qazanıb: "Bu təcrübə isə ABŞ ordusunda yoxdur. Bunu mənim ünsiyyətdə olduğum ABŞ hərbçiləri də başa düşürlər. Onlar gözəl başa düşürlər ki, qlobal terrorizmlə mübarizə döyüşlərini ABŞ 20 ildir aparır”.

Deputat bildirib ki, Ukraynada gedən genişmiqyaslı və fasiləsiz müharibə geniş döyüş əməliyyatlarını əhatə edir: “ABŞ ordusunun texnologiyası da belə müharibə üçün təşkil olunmayıb. Biz ABŞ-dan aldığımız silahlarla döyüş sahəsində yeniliklər etdik. Gördüyünüz kimi ən ağır həmlələri dəf etdik. Ona görə bu təcrübə ABŞ-a lazımdır".

Избранный
8
report.az

1Источники