RU

Paşinyanın əsl məqsədi bəlli oldu: Ermənistan üçtərəfli bəyanatdan imtina etməklə buna nail olmaq istəyirmiş… – YENİ MƏQAMLAR

Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir və baş nazir Paşinyan vaxtaşırı çaşdırıcı bəyanatlar verməklə vaxt udmağa çalışır. Halbuki 2020-ci ildə imzalanan üçtərəfli bəyanata uyğun olaraq Naxçıvanı Azərbaycanla birləşdirən yol açılmalı idi. Ermənistan havadarlarının dəstəyinə arxayın olub Zəngəzur dəhlizinin açılmasına əngəl törədir. Əvəzində Paşinyan bəyanat verərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yolun açılmasında heç bir maneənin olmadığını bildirir. Əslində bu, Paşinyanın növbəti siyasi təlxəkliyidir və o, öz şərtlərini diktə etməyə səy göstərir.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Aytən Qurbanova bildirib ki, Ermənistan tərəfinin kommunikasiya xətlərinin açılması ilə bağlı öhdəlikdən yayınma cəhdləri uzun müddətdir müşahidə edilir:

Ermənilərin

“Xüsusilə də, 10 noyabr bəyanatında razılaşdırılmış bəndə uyğun şəkildə Rusiyanın nəzarəti məsələsi Ermənistan tərəfindən birmənalı şəkildə imtina olunan əsas istiqamətdir. Təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın yaxın günlərdə üçtərəfli bəyanata geri qayıtmayacaqları ilə bağlı məlum çıxışı da buna bariz nümunədir. Düşünürəm ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti üçtərəfli bəyanatdan imtina etməklə Zəngəzur dəhlizi üzərində öz suverenliyini elan etmək cəhdlərini gündəmdə saxlamağa çalışır. Digər tərəfdən isə yüklərin Naxçıvana və geriyə təhlükəsiz və sadələşdirilmiş sistemlə daşınması təklifi qarşılıqlı olaraq bəyanatın müvafiq bəndindən imtina edilməsinə nail olmaq məqsədi daşıya bilər. Ermənistan bu məsələdən də manipulyasiya vasitəsi olaraq istifadə etməyə çalışır. Belə ki, guya erməni tərəfi kommunikasiya xətlərinin açılması ilə bağlı öhdəliklərini icra edir, amma Azərbaycan razılaşmır. Nəticə etibarilə bu, ənənəvi erməni ritorikasının növbəti təzahürüdür”.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
26
konkret.az

1Источники