"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət edilib.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 22-də Kişinyovdakı Zimbru stadionunda Norveç yığması ilə qarşılaşacaq Moldova millisinin heyəti açıqlanıb.
"Operativ Media" xəbər verir ki, “Araz-Naxçıvan”ın formasını geyinən Kristian Avram ölkəsinin millisinə dəvət alıb.
Təcrübəli qolkiper baş məşqçinin şans verəcəyi təqdirdə Norveçə qarşı forma geyinəcək.