RU

El Salvador Prezidenti "Bitcoin" almağa davam edəcəklərini söyləyib

El Salvador prezidenti Nayib Bukele ölkənin strateji ehtiyatlarını gücləndirmək üçün "Bitcoin" almağa davam edəcəklərini açıqlayıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Dünya bizdən çəkinəndə və əksər "Bitcoin" istifadəçiləri bizi tərk edəndə biz dayanmadıqsa, indi və gələcəkdə də dayanmayacağıq" , - bildirib.

"Bitcoin" 2021-ci ildə El Salvadorda qanuni ödəniş vasitəsi kimi qəbul edilsə də, ölkədə gözlənilən diqqəti görməyib. 

El Salvadorun ehtiyatında ümumi dəyəri 534 milyon dollardan çox olan 6101 bitkoin var.

Избранный
28
1
operativmm.az

3Источники