RU

Tramp Klintonun 1 saat 22 dəqiqəlik rekordunu geridə qoydu


ABŞ Prezidenti Donald Trampın martın 4-də Konqresə müraciəti Amerika liderinin Nümayəndələr Palatası və Senat qarşısında etdiyi ən uzun çıxış olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Məlumata görə, Trampın çıxışı təxminən 1 saat 39 dəqiqə davam edib.
Əvvəlki rekord 2000-ci ildə qanunvericilərlə 1 saat 29 dəqiqə danışan Bill Klintona məxsus olub.
Trampın bundan əvvəl qanunvericilərə ən uzun müraciəti 2019-cu ildə olub və o, 1 saat 22 dəqiqə davam edib.
Hesablama alqış və pauzalara sərf olunan vaxtı da əhatə edir.
Избранный
8
2
yeniavaz.com

3Источники