Təbrizdə yaşayan milli fəallar Səməd Heydəri və Rza Səlimi məhkəməyə çağırılıblar.
Bu barədə yerli insan haqları falları məlumat yayıb.
Məlumata görə, məhkəmənin elektron poçt vasitəsilə göndərdiyi çağırış məktubunda, fəallardan barələrində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı etmək üçün 5 gün ərzində məhkəməyə getmələri istənilib.
Qeyd edək ki, təhlükəsizlik məmurları yanvarın 23-ü gecə saatlarında Təbrizdə Səməd Heydəri və Rza Səlimi adl gənc fəalları həbs edərək Təbriz həbsxanasına köçürüblər.
Onlar fevralın 5-də hər biri 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.
Hər iki fəal barəsində "hkumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.
Həm də "Traxtur" futbol komandasının tərəfdarı olan gənclər bundan əvvəl də 2022-ci ilin etiraz aksiyalarında və "Traktor" komandasının oyununda həbs ediliblər.
visiontv.az