RU

Laçında əmək yarmarkası keçiriləcək

Finss.az - Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası təşkil edəcək.

Məlumata görə, yarmarka martın 7-də, saat 11:00-dan 13:00-a qədər Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) keçiriləcək.

Tədbirdə, Laçında bu il istifadəyə veriləcək Beynəlxalq Hava Limanında müxtəlif sahələr üzrə 110-dan çox vakansiya təqdim olunacaq. Yarmarkada, xüsusilə uçuşların elektrik-işıq texniki təminatı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, texnoloji avadanlıqların istismarı və təmiri sahələrindəki iş imkanları barədə məlumat veriləcək.

Yarmarkada iştirak etmək istəyənlər üçün iş imkanları genişdir və regionda əmək bazarına töhfə verməyi hədəfləyir.

Избранный
40
11
fins.az

10Источники