RU

Gizli plan üzə çıxdı: Bu ölkə Ukraynaya qoşun yeritmək istəyir

Böyük Britaniyanın baş naziri Kir Starmer NATO-nun 5-ci maddəsinə istinad etmək üçün Britaniya qoşunlarını Ukraynaya göndərmək istəyir.

Publika.az xəbər verir ki, bu barədə “The National Interest” məlumat yayıb.

Hesabatda deyilir ki, “görünən plan rusların Britaniya qoşunlarına və ya texnikasına qarşı çoxsaylı zərbələr endirməsidir”. Beləliklə, nəşr qeyd edir ki, Starmer “Londonun 5-ci maddənin tətbiqi ilə bağlı çağırışlarına haqq qazandırmaq” niyyətindədir.

"Böyük Britaniyanın baş naziri anlayır ki, onun ölkəsinin Ukraynadakı ordusu müdafiə xərclərinin azaldılması fonunda yaranan problemlərə görə səmərəsiz olacaq. Kir Starmer öz hərəkətləri ilə ABŞ-ı Rusiya ilə açıq hərbi münaqişəyə cəlb etmək istəyir", - məqalədə bildirilir.

Избранный
44
publika.az

1Источники