RU

Neftçala Sənaye Məhəlləsində 210 milyon manatlıq məhsul istehsal edilib

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində indiyədək 210 milyon manatlıqdan çox məhsul istehsal edilib ki, bunun da 1,37 milyon manatlıq hissəsi ixracın payına düşür.

Finss.az xəbər verir ki,  bu barədə İZİA-nın məlumat yayıb.

Məlumata görə, Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü illə müqayisədə 2024-cü ildə 5 dəfə çox, yəni 60 milyon manatlıq məhsul satışı həyata keçirilib.

Sənaye Məhəlləsində ümumi investisiya həcmi 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və 5-i istehsal fəaliyyətinə başlayıb. Bugünədək Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 49,5 milyon manat investisiya yatırılıb, 300-dən artıq daimi iş yeri yaradılıb, növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-ə yaxın iş yerinin də yaradılması nəzərdə tutulur.

Fuad Mədətov
Finss.az

Избранный
69
12
fins.az

10Источники