“Araz-Naxçıvan” klubunun futbolçusu Kristian Avram Moldova millisinə dəvət alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Moldova yığması DÇ-2026-nın seçmə mərhələsində, martın 22-də Kişinyovdakı “Zimbru” stadionunda Norveç millisi ilə qarşılaşacaq.