RU

Trampa sərt cavab: “Biz satılmırıq”

ABŞ Prezidenti Donald Trampın adanın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyi və onu ABŞ-yə qoşulmağa dəvət etdiyi barədə açıqlamalarından sonra Qrenlandiyanın Baş naziri Mute Bourup Egede Trampa cavab verib. 

"Cebheinfo.az" xəbər verir ki, Egede Trampın Qrenlandiya ilə bağlı son açıqlamalarına “Facebook” hesabındakı paylaşımında cavab verib.

Qeyd edək ki, Tramp ABŞ Konqresindəki çıxışında Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiklərini və onu ABŞ-yə qoşulmağa dəvət etdiklərini bildirib.

Adanı bir daha nəzarətə götürmək istəyini ifadə edən Tramp, "Milli təhlükəsizlik və hətta beynəlxalq təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var.

Düşünürəm ki, bu və ya digər şəkildə, onu əldə edəcəyik. Onu alacağıq və sizi təhlükəsiz saxlayacağıq" ifadələrdən istifadə etdi.

Избранный
25
cebheinfo.az

1Источники