RU

Hülya Avşar jurnalistlə gərgin anlar yaşadı – “belə danışa bilməzsən!” - VİDEO

Türkiyənin məşhur müğənnisi və aktrisası Hülya Avşar jurnalist Akif Yamanla gərgin anlar yaşayıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gündəlik yürüşə çıxan sənətçi gözlənilmədən jurnalist Akif Yamanla qarşılaşıb. Məşhurlarla bağlı xəbər hazırlayan jurnalist müğənniyə yaxınlaşaraq onun formada qalmasını tərifləyib. Lakin Hülya Avşar deyilənləri tərif yox, lağlağı kimi başa düşüb və narazılığını gizlətməyib.

Jurnalist Hülya Avşara "Maşallah, 18 yaşlı qızlar kimi atdanıb-düşürsünüz" sözlərini deyib. Bu ifadə sənətçini daha da əsəbiləşdirib. O, jurnalistə sərt cavab verərək, "Sual soruşa bilməyən jurnalistlərlə danışmaq istəmirəm" deyə bildirib.

Müğənni daha sonra Akif Yamana hələ də peşəsi ilə bağlı heç nə öyrənmədiyini deyərək onu tənqid edib. Hülya Avşarın sərt sözlərindən sonra tərəflər arasında gərginlik daha da artıb. 

Məşhur müğənninin jurnalistlə yaşadığı bu gərgin anlar sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında həm Hülya Avşarı, həm də Akif Yamanı dəstəkləyənlər olub.

Hadisənin görüntülərini təqdim edirik:


Telegram kanalımız
Избранный
36
yenisabah.az

1Источники