RU

Ermənistan Haaqa Daimi Arbitraj Məhkəməsinə QOŞULDU

Ermənistan Haaqa Daimi Arbitraj Məhkəməsinə qoşulub.
Ermənistan Haaqa Daimi Arbitraj Məhkəməsinə qoşulub. Parlamentin 73 üzvü lehinə, 14-ü bitərəf qalıb.
Müvafiq Haaqa Sülh Konvensiyalarının (1899 və 1907-ci il) ratifikasiyası haqqında qanun layihəsini parlamentdə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan təqdim edib.

Onun sözlərinə görə, bu konvensiyalar əsasında ölkələr və beynəlxalq təşkilatlar arasında mübahisələrin sülh yolu ilə həllinə imkan verən Daimi Arbitraj Məhkəməsi yaradılıb. Ermənistan hələ bu konvensiyanın iştirakçısı deyil, ona görə də Arbitraj Məhkəməsində ona qarşı iddia qaldırıla bilər, lakin ölkə özü onları qaldıra bilmir (hazırda Ermənistana qarşı iki dövlətlərarası və bir investisiya iddiası qaldırılıb).

Ermənistan Haaqa Arbitraj Məhkəməsinin üzvü olmaqla, özü iddia qaldıra və həmçinin dörd hakim təyin edə biləcək. Bundan əlavə, bu məhkəmənin hakimləri Beynəlxalq Ədalət Məhkəməsinə namizədlər irəli sürürlər (namizədlərə Baş Assambleya və BMT Təhlükəsizlik Şurası tərəfindən baxılır).

Qeyd edək ki, Daimi Arbitraj Məhkəməsi Beynəlxalq Ədalət Məhkəməsindən fərqli olaraq (hər iki məhkəmənin yerləri Haaqadadır) birbaşa BMT-yə tabe deyil. Bu məhkəməni həm də Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi ilə qarışdırmaq olmaz.

Избранный
82
interpress.az

1Источники