“Sivasspor”un yeni baş məşqçisi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Super Liqa təmsilçisi Rza Çalımbayla anlaşıb. Təcrübəli mütəxəssislə yaxın vaxtda rəsmi müqavilə imzalanacağı bildirilir.
Xatırladaq ki, Çalımbay Ömər Ərdoğanı əvəzləyib.
Sivas klubu Ərdoğanın rəhbərliyi altında 12 görüşdə 1 qələbə qazanıb, 3 dəfə bərabərə qalıb, 8 dəfə məğlub olmuşdu.