“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo klubdakı işini dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi cümə axşamı Avropa Liqasının 1/8 finalında evdə Şotland Reyncerslə qarşılaşacaq. Portuqaliyalı mütəxəssis isə oyundan öncəki mətbuat konfransında iştirak edib:
“Biz birləşəndə uğur gec-tez gələcək. Mənim gələcəyim önəmli deyil, “Fənərbağça” önəmlidir. Müqaviləm daha bir il davam edir, amma hazırda düşündüyüm tək şey “Fənərbağça” və bu klubdakı missiyamdır. Başqa heç nə yoxdur”.
Onu da qeyd edək ki, “Fənərbağça” hazırda Türkiyə Super Liqasında ikinci pillədə yer alıb.