Türkiyə Superliqasının autsayderi "Sivasspor"da gözlənilən baş məşqçi dəyişikliyi gerçəkləşib.

Offsideplus.az xəbər verir ki, Ömer Erdoğan tutduğu vəzifədən azad edilib.

Buna Sivas təmsilçisinin göstərdiyi nəticələr səbəb olub. 47 yaşlı çalışdırıcı yeni klubunda cəmi 75 gün işləməyi bacarıb.

Ötən il dekabrın 19-da "Sivasspor"un "sükanı arxasına" keçən Erdoğan komandanı cəmi 12 oyuna çıxarıb. Bu matçların 1-də qələbə qazanılıb, 3 heç-heçə, 8 məğlubiyyət qeydə alınıb.

Nəticədə "Sivasspor" ölkə kuboku ilə vidalaşıb, eyni zamanda Superliqada 16-cı pilləyə enib.