RU

Tramp qlobal ticarət müharibəsinə qapı açır

Məlumatlar və ABŞ prezidenti Donald Trampın iqtisadiyyatla bağlı qərarlarına reaksiyalar qlobal ticarət müharibəsindən xəbər verir.

Trampın ilk dövründəki ticarət müharibələri ABŞ fermerlərinə ağır zərbə vurub.

Fermerlər ixrac satışlarında təxminən 27 milyard dollar itirib.

Yeni tədbirlər və əks tədbirlər hər il təxminən 2,2 trilyon dollar dəyərində kommersiya mallarına təsir göstərir.

Analitiklərin fikrincə, Donald Tramp “qlobal iqtisadiyyatı yandıra biləcək bir oyun” oynayır .

ABŞ NƏ ETDİ?

ABŞ prezidenti Donald Tramp ölkəsinin üç ən mühüm ticarət tərəfdaşı olan Çin, Kanada və Meksikaya tariflər tətbiq edib.

Qeyd edək ki, Birləşmiş Ştatlar ümumi ticarətinin 40 faizindən çoxunu Kanada, Meksika və Çinlə həyata keçirir.

ÇİN

-Çinə gömrük rüsumu / Mövcud gömrük rüsumları da 10 faizdən 20 faizə qədər iki dəfə artırılıb.

Tramp fevralın 1-də imzaladığı fərmanla Çindən idxal olunan mallara 10 faizlik rüsum tətbiq edib. Tarif fevralın 4-dən qüvvəyə minib.

Tramp bu gün əvvəlki sərəncamına dəyişiklik edərək Çinə tətbiq edilən tarifləri 10 faizdən 20 faizə qaldırıb.

Buna səbəb kimi ABŞ-dəkı fentanil böhranı göstərilib. Bu, 25 faizədək mövcud tariflərə əlavə olaraq 20 faizlik tarif deməkdir.

KANADA

Kanadaya -25 faiz yeni idxal tarifləri/gömrük rüsumu

MEKSİKA

-Meksikaya 25 faiz yeni idxal tarifləri/gömrük rüsumu

-Aİ-yə bütün idxallara 10% və ya 20% gömrük rüsumunun tətbiq edilməsi istənilir.

Избранный
31
aznews.az

1Источники