RU

Neymarla bağlı şübhəsi var - “Barselona”nın baş məşqçisinin

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Neymarı geri qaytarmağı məqsədəuyğun hesab etmir.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Səudiyyə Ərəbistanı çempionatındakı çıxışından sonra braziliyalı hücumçunun fiziki vəziyyətinə, eləcə də oyun səviyyəsinə əmin deyil.

Bundan əlavə, Kataloniya klubunda hələ də maliyyə sabitliyi yoxdur, ona görə də, Neymarın transferini qarşılaya biləcəkləri məlum deyil.

33 yaşlı forvard 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. O, bu komanda ilə birlikdə İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.

Neymar Hazırda vətəni Braziliyada – “Santos”da çıxış edir.

Избранный
71
16
sportinfo.az

10Источники