RU

Əli Əhmədov: "Bu gün uğurlarımız bilavasitə qadınların çiyinlərində qərar tutur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan qadını cəmiyyətin bütün sferalarında həyata keçirilən proseslərin fəal iştirakçısıdır" .
Oxu.Az xəbər verir ki, bunu 2025 "Konstitusiya və Suverenlik" ili çərçivəsində Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə Milli Məclisinin Sədrinin 1-ci müavini Əli Əhmədov deyib.
O bildirib ki, bütün sahələrdə, təhsildə, səhiyyədə, siyasətdə qadın iştirakçılığının artması Azərbaycanın potensialının yüksəlməsində ən başlıca amillərdən biridir:
"Bütün qələbələrin təməlində insanlarımızın fədakarlığı dayanır. Bu gün uğurlarımız bilavasitə qadınların çiyinlərində qərar tutur, reallığa çevrilir. İnanıram ki, hər bir vətəndaşımızın, o cümlədən qadınların fəallığı və vətənpərvərliyi sayəsində Azərbaycanın daha böyük nailiyyətlər əldə edəcəkdir".
Aləmdə Nəsib
Избранный
44
oxu.az

1Источники