RU

Vaginal qaşınmanın səbəbləri nələrdir?

Vaginal qaşınmanın səbəbləri

Vaginal qaşınma qadınların gündəlik həyat keyfiyyətini aşağı sala bilən narahatedici bir problemdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu problemin aradan qaldırılması üçün səbəblər düzgün müəyyən edilməli və uyğun müalicə üsulları seçilməlidir.

Vaginal bakteriyalar
Vaginal pH balansının pozulması nəticəsində bakteriyalar çoxalaraq qaşınma, axıntı və pis qoxuya səbəb ola bilər. Mütəxəssis nəzarətində aparılan sadə müalicə ilə bu problem aradan qaldırıla bilər.

Vaginal göbələklər
Antibiotik istifadəsi, gigiyena qaydalarına əməl olunmaması və uyğun olmayan alt paltarlarının seçimi göbələk infeksiyalarına yol aça bilər. Sarı axıntı və qaşınma ilə müşayiət olunan bu infeksiyalar müalicə oluna bilər.

Psoriaz və ekzema
Allergik reaksiyalar və immun sisteminin zəifləməsi nəticəsində yaranan psoriaz və ekzema vaginal nahiyədə qaşınmaya səbəb ola bilər. Həkim məsləhəti ilə uyğun müalicə aparılmalıdır.

Cinsi yolla keçən xəstəliklər
Parazitlər və infeksiyalar cinsi əlaqə yolu ilə ötürülərək qaşınmaya səbəb ola bilər. Qorunmayan cinsi əlaqə bu riski artırır.

Hormon dəyişiklikləri
Menopoz, menstruasiya və doğum nəzarət həbləri vaginal quruluq və qaşınma yarada bilər. Hormonal dəyişikliklərə qarşı mütəxəssis məsləhəti almaq vacibdir.

Vaginal qaşınma ilə bağlı narahatlıq hiss etdikdə həkimə müraciət edərək düzgün müalicə üsulu seçmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
40
e-saglam.az

1Источники