Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turniri davam edir.
Apasport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı VII turda rusiyalı Maksim Samuşenko ilə qarşılaşıb.
Şahmatçımız ağ fiqurlarla heç-heçə edib. Aydın 7 turda 4 xal toplayıb və 55-ci yerdə qərarlaşıb. Digər təmsilçimiz Rəvan Əliyev Polina Şuvalova (Rusiya) ilə dueldə texniki məğlubiyyət alıb. O, Aydından 1 xal az toplayıb və 94-cü yerdədir.
Qeyd edək ki, VII tur təkhakimiyyətliliklə yekunlaşıb. Qələbə ilə xal hesabını 6-ya yüksəldən Yan Nepomnyaşi (Rusiya) digər şahmatçıları arxada qoyub.
Şahmatçımız İndoneziyada beynəlxalq turnirin qalibi olub
Azərbaycanlı şahmatçı Berlində ikiqat çempion olub
Eltac Səfərli İndoneziyada çempion oldu
Rəsulov erməni rəqibini də məğlub etdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub