RU

"Sea Breeze" işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA

Sea Breeze Resort & Residences

Sahə memarı

Son tarix 04 apr 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Müxtəlif layihələrinin memarlıq bölməsinin yoxlanılması, lazım olan layihə dəyişikliyinin işlənib hazırlanmasının həyata keçirilməsi;
  • Bina və tikililərin, memarlıq layihələrinin və baş planların lazımi düzəlişlərinin işlənib hazırlanması, işlərin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasının təmin edilməsi;
  • Layihələndirmə işləri üçün tərtib ediləcək layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativlərə uyğunluğunun təmin edilməsi;
  • Tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərinin, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsi işlərində memari həcmlərin hesablanmasının təmin edilməsi;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasının təmin edilməsi;
  • Layihə olunmuş obyektlərin subpodratçı şirkətlər tərəfindən tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi;
  • Layihə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək;
  • Yerinə yetirilmiş işlər haqqında texniki hesabatın bölmələrinin tərtib edilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil (Memarlıq və ya inşaat mühəndisliyi üzrə);
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dili yaxşı səviyyədə bilməsi;
  • ArchiCad, AutoCAD, 3D Max;
  • “BOQ” və “Specification” hazırlamaq bacarığı;
  • İnteryer bitiş detalları həlli verə bilmək bacarığı;
  • Məsuliyyətlilik və komandada işləmək bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı: Tam ştat (Bazar ertəsi – Cümə; 09:00-18:00);
  • Əmək haqqı aralığı 2000-2500 AZN (nett).

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

Избранный
37
fed.az

1Источники