RU

53 saylı tam orta məktəbdə möhtəşəm tədbir keçirildi – FOTOLAR

İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. (Heydər Əliyev)

Azərbaycan dilini daha dərindən anlamaq, onun gözəlliklərini paylaşmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə martın 5-i məktəbin rus bölməsinin Azərbaycan dili müəllimləri Könül Aslanova, Mətanət İbrahimova, Svetlana Yəhyayeva, Sevinc Salmanova “Dilimizin gücü” adlı ədəbi-bədii tədbir təşkil edib.

Tədbirdə məktəbin direktoru Tünzalə Zeynalova, Təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Qasımova və Azərbaycan dili müəllimləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Çıxış edən məktəbin direktoru bildirib ki, öz tarixini daha mükəmməl etmək üçün hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Öz ana dilinə yad sözlərin daxil edilməsinə yol verməməlidir. Ana dilini mükəmməl bilmək insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Sonra isə şagirdlərin hazırladığı aforizmlər səsləndirilib, səhnəciklər nümayiş olunub, pianoda müxtəlif mahnılar ifa edilib.
Sonda tədbir iştirakçıları müəllimlərlə xatirə şəkli çəkdirib.

Избранный
73
3
moderator.az

4Источники