RU

''Fənər''in sabiq ulduzu: ''İnşallah ''Qalatasaray'' hələ çox xal itirər''

Srağagün basketbol üzrə bir nömrəli klub turniri olan Avroliqada ''Fənərbaxça'' səfərdə ''Paris'' ilə qarşılaşdı.

''Football-plus.az'' xəbər verir ki, İstanbul nəhənginin 87:83 qalib gəldiyi oyunu tribunadan izləyənlər arasında sabiq fransalı ulduz futbolçu Nikolya Anelka da var idi.

45 yaşlı Anelka 2005-06-cı illərdə ''Fənər''in şərəfini qoruyub. Ən son Türkiyənin 1-ci liqa təmsilçisi''Ümraniyəspor''da yönətici kimi çalışan Anelka basketbol matçının ardından ''Fənərbaxça TV''yə diqqətçəkən açıqlamalar verərək bunları deyib:

''Özümü yaxşı hiss edirəm. Hələ ki, futboldan kənaram. Vaxtımı ailəmə sərf edirəm. Hər şey qaydasındadı. Basketbol fanatı olduğumu deməzdim. Sadəcə ''Fənərbaxça'' oynadığı üçün salona gəlmişəm. ''Fənər''in oyununu izləmək mənim üçün xoşdu. Futbolda da ''Fənərbaxça''nı təqib edirəm. Komanda kifayət qədər yaxşı oynayır və başlarında da güclü məşqçi dayanıb. ''Qalatasaray''la sona qədər gərgin çempionluq mübarizəsi olacaq. Ötən həftə ''Qalatasaray''ın xal itirdiyini gördüm. İnşallah hələ çox xal itirərlər və ''Fənərbaxça'' da qalib gəlməkdə davam edər. Niyə də olmasın? Mövsümün sonunda çempionluq mümkündü. Türkiyədəki fanatları, xüsusilə də ''Fənər'' fanatlarını sevirəm. Onlar üçün darıxmışam. Yaxın zamanda görüşəcəyimizə ümid edirəm''.

ƏLİ
Избранный
45
football-plus.az

1Источники