1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şəmkirdə 5 hektardan çox ərazidə yanğın olub.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, Şəmkir rayon Kür qəsəbəsi ərazisində 5 hektardan çox qamışlıq, kol-kos və ağacların olduğu ərazidə yanğın olub.
Əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
İki istiqamətdə başlayan yanğının 1 hektardan çox ərazisində alovun qarşısı alınıb. Digər istiqamətdə yanğının söndürülməsi istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, yanğın səbəbindən Kür qəsəbəsində və yaxın ərazilərdə təhlükəsizlik səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb.