RU

“Kiyev və Vaşinqton sülh danışıqlarının yeri və tarixini müzakirə ediblər” – Trampın müşaviri


“Vaşinqton və Kiyevdən olan nümayəndələr müharibəyə son qoymaq üçün danışıqların tarixini, yerini və iştirakçılarını müzakirə edirlər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols “Fox News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, dünən və bu gün irəliyə doğru müsbət addım atılıb. Uols bu danışıqlara konkret kimin rəhbərlik etdiyini açıqlamayıb.
Öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin “Suspilna”ya Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakın Uols ilə telefon danışığı olduğunu bildirib.
O, başqa təfərrüatları açıqlamayıb.
Избранный
49
yeniavaz.com

1Источники