RU

Basketbol: “Şəki” evdə, “Gəncə” səfərdə qalib gəldi

Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 26-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki oyun B qrupunda keçirilib. Günə liderlərin matçı ilə start verilib. “Şəki” öz meydanında “Ordu”nu qəbul edib. Meydan sahibləri inamlı qələbəyə seviniblər. Digər qarşılaşmada “Quba” ilə “Gəncə” görüşüblər. Bu matçda qonaqlar qalib gəliblər.

Xatırladaq ki, turun daha əvvəl keçirilmiş görüşlərində “Neftçi” “Naxçıvan”ı 114:70, “Sabah” “Sərhədçi”ni 89:73, “Sumqayıt” “Lənkəran”ı 88:83, NTD isə “Abşeron”u 98:85 hesabı ilə məğlub edib.

Qeyd edək ki, növbəti turun oyunları martın 7-9-da keçiriləcək.

Azərbaycan Basketbol Liqası
B qrupu, 16-cı tur
5 mart

“Şəki” – “Ordu” 89:74 (20:20, 25:16, 23:21, 21:17)
Şəki Olimpiya İdman Kompleksi.

“Quba” – “Gəncə” 83:91 (23:16, 11:27, 20:30, 29:18)
Sərhədçi İdman Mərkəzi.

Xallar: Şəki – 28. Gəncə – 28. Ordu – 27. Sumqayıt – 22. Quba – 20. Lənkəran – 19.

Избранный
85
15
arena.az

10Источники