RU

Futbolçu diskvalifikasiya oldu, komandanın 33 xalı silindi

“Avrora” Boliviya Futbol Federasiyasının nizam-intizam komitəsi tərəfindən nümunəvi cəza alıb.

Futbolpress.az xəbər verir ki, bir oyunçunun saxta vəsiqəsinə görə komandadan 33 xal silinib. Qərarda Dieqo Hernan Montanyo Moisanın Peşəkar Liqa turnirlərində Qabriel Montano Moisan adı ilə çıxış etdiyi vurğulanıb. Əslində onun 20 yox, 25 yaşı olduğu öyrənilib.

Futbolçunun özü də ağır cəza alıb və iki il müddətinə diskvalifikasiya olunub.

Beləliklə, “Avrora” Boliviyada yeni futbol mövsümünə mənfi 33 xalla başlayacaq.

Избранный
30
futbolpress.az

1Источники