Bakı, TurkicWorld
Ukrayna və ABŞ yeni danışıqlaa dair ortaq razılığa gəliblər.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakın X sosial şəbəkəsində verdiyi açıqlamada deyilir.
Yermak, ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Valtz ilə əlaqə saxladığını bildirib və yeni görüş üçün ortaq razılığa gəldiklərini bildirib.
"Bu vacib işi davam etdirmək üçün komandalarımızın yaxın gələcəkdə görüşünü planlaşdırdıq”,- deyə o qeyd edib.
Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski, əgər Avropa və ABŞ birgə əməkdaşlıq etsə, ölkəsində davamlı sülhün mümkün olacağını bildirmişdi.
Buna baxmayaraq, ABŞ, hərbi yardımları dondurduğunu və Kiyev ilə kəşfiyyat məlumatlarının ötürülməsini dayandırdığını açıqlamışdı.