Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin keçmiş köməkçisi, Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili Ermənistana qaçıb.
"Unikal" xəbər verir ki, Giorgi Baçiaşvili ilə bağlı Ermənistanla sərhədi qanunsuz keçmək ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi elan edib.
Dünən Giorgi Baçiaşvili sosial şəbəkələrdə Gürcüstanı tərk etdiyini açıqlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq müəyyən edib ki, Baçiaşvili martın 2-də sərhəd-keçid məntəqəsindən yan keçməklə, xüsusi gizləndiyi yerdən avtomobillə Ermənistan tərəfə gizli şəkildə Gürcüstanın dövlət sərhədini keçib.
Bundan sonra Ermənistan sərhəd-keçid məntəqəsində o, adına verilmiş Rusiya Federasiyası vətəndaşlığını təsdiq edən daha bir pasport təqdim edib və nəticədə sərhədi keçib.
Gürcüstan KİV-i xəbər verir ki, Giorgi Baçiaşvili Gürcüstanda iki işdə ittiham olunur. Onlardan biri bitkoinlərin oğurlanmasına, digəri isə Mtkvari SES işinə aiddir. Hər iki halda o, həbs qətimkan tədbiri olaraq zaminə buraxılıb.
Öz növbəsində, Baçiaşvili bundan əvvəl milyarder və hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilinin fondunun meneceri vəzifəsini tutub.