RU

Macarıstan səsvermə hüququndan məhrum edilsin, Aİ ordusu yaradılsın – “Volt Europe”

“Politico” xəbər verir ki, “Volt Europe” partiyasından olan deputatlar Avropa İttifaqının sammiti ərəfəsində Macarıstanın blokda səsvermə hüququndan məhrum edilməsini təklif ediblər.

Qəzet partiyanın hazırladığı və ortaq Avropa ordusunun yaradılmasını da nəzərdə tutan doqquz bəndlik plana istinad edir. Təşəbbüsün Aİ-nin martın 6-da keçiriləcək iclasında nəzərdən keçirilməsi təklif olunur.

Politico-ya görə, “Volt Europe” Avropa diplomatiyasının rəhbəri Kaja Kallası Aİ-nin “tam xarici işlər naziri” təyin etməyi və blokun müdafiə sahəsində səlahiyyətlərini genişləndirməyi təklif edir. Partiya Avropanın birliyini müdafiə edir və qitənin maraqlarını ayrı-ayrı dövlətlərin mənafeyindən üstün tutmağı zəruri hesab edir. Avropa Parlamentinin yeni çağırışında partiya 5 mandat alıb, sonra isə “Yaşıllar” fraksiyasına daxil olub.
Avropa Şurasının sədri Antonio Kosta Aİ sammitinə dəvətində bildirib ki, Avropa atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanəti verməyə hazırlaşmalıdır. İclasdan əvvəl, Aİ liderləri Macarıstanın təşəbbüsü dəstəkləməkdən imtina etməsi səbəbindən Ukraynaya 20 milyard avroluq yeni hərbi yardım paketi üzərində işi dayandırıblar. İndi bu məsələ sammitin gündəliyindən çıxarılıb.

//Samir Qurbanov, Editor.az

Избранный
22
9
editor.az

10Источники