RU

"Azərreyl" MOİK-i, "Neftçi" "Gənclər"i yendi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XIV turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk oyununda MOİK "Azərreyl"lə üz-üzə gəlib.

Görüş "Azərreyl"in 3:0 (25:19, 25:11, 25:19) hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi” “Gənclər”i 3:1 (25:18, 25:15, 23:25, 25:22) hesabı ilə məğlub edibsə, "Xilasedici" komandası MOİK-dən üstün olub - 3:2 (26:24, 19:25, 25:21, 17:25, 15:13).

Qeyd edək ki, hər üç oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşib.

Избранный
24
fanat.az

1Источники