Fransa Ukraynanı dəstəkləyən bir sıra ölkələrin baş qərargah rəislərinin görüşünü təşkil edəcək.
Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.
O bildirib ki, görüşdə Avropa kontingentinin Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə olunacaq.
Makron Ukraynaya gələcək üçün təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini bəyan edib.