RU

Bakıdan Ankaraya uçan təyyarədə sərnişin öldü

Bakıdan Türkiyənin paytaxtına uçan təyyarədə sərnişin dünyasını dəyişib.

Axaraz xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

"Azərbaycan Hava Yollarına aid Bakıdan Ankaraya uçan Airbus A320 tipli təyyarədə sərnişinin halı pisləşib. Təyyarədə olan ekipaj üzvləri dərhal sərnişinə ilkin tibbi yardım göstəriblər. Təyyarə yerə enəndən sonra bütün müdaxilələrə baxmayaraq, sərnişin dünyasını dəyişib", - məlumatda deyilir.

Sonda qeyd edilib ki, hava limanında olan tibbi personal meyiti təyyarədən çıxarıb və aidiyyəti üzrə təhvil verilib.

Избранный
149
6
axar.az

10Источники