RU

ABŞ Müdafiə Nazirliyi yeni raket əleyhinə müdafiə sisteminin yaradılması planlarını təqdim edəcək

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi yeni raket əleyhinə müdafiə sistemininyaradılması planlarını ayın sonuna qədər ölkə rəhbərliyinə təqdimedəcək.

Trend xəbər verirki, bunu Ronald Reyqan Prezident Fondunun təşkil etdiyi forumdaçıxış edən ABŞ Kosmik Qüvvələrinin komandanının müavini generalMaykl Qetleyn deyib.

Onun sözlərinə görə, yeni raket əleyhinə müdafiə sistemininyaradılması planlaşdırma mərhələsindədir.

“Ayın sonuna qədər ideyalarımızı Ağ Evə təqdim etməliyik.Arxitekturanın müzakirəsinə çox vaxt sərf edirik", - deyən generalqeyd edib ki, "təhlükədən asılı olaraq" yeni raketdən müdafiəsisteminin strukturunu dəyişdirmək bacarığına sahib olmaqlazımdır.

O, həmçinin qeyd edib ki, yeni raketdən müdafiə sisteminin“idarə edilməsinin” necə həyata keçiriləcəyini və onun işinə hansıstrukturların daxil ediləcəyini müəyyən etmək lazımdır. Bundanəlavə, Kosmik Qüvvələrin komandanı müavininin sözlərinə görə, busistemin yaradılması üçün “hansı silahlar tələb olunacaq” sualıyaranır.

Избранный
16
az.trend.az

1Источники