İtaliyada süni zəkadan istifadə edən tələbələr lotereyadan uduş əldə ediblər.
Yenicag.az xəbər verir ki, Salento Universitetinin 3 tələbəsi İtaliyanın məşhur lotereyası “Superenalotto”da 43 min avro qazanıb.
Maraqlısı isə onların bunu necə etdiyidir. Belə ki, tələbələr lotereyada aylarla çıxan rəqəmləri analiz edən süni intellekt proqramı hazırlayıblar.
Bir neçə min avro xərclədikdən sonra, nəhayət, onlar böyük uduşu əldə edə biliblər.
Şans oyununda belə metoddan istifadə edilərək uduş əldə olunmasının lotereya tərəfindən necə qarşılanacğı bəlli deyil.