RU

"Ötən ilin sonunda söhbət olub və biz onu davam etdirəcəyik" - Yeni müqavilə bağlayacaq?

“Bayern”in idman direktoru Maks Eberl hücumçu Tomas Müllerlə müqavilənin müddətinin mümkün uzadılması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Münhen klubunun rəsmisi Müllerin “Bayern”in rəmzi olduğunu söləyib:

“Müller “Bayern”in rəmzidir. Sual onun klubdakı rolunu necə gördüyünə dair baxışı və həmçinin bizim baxışımızla bağlıdır.

Ötən ilin sonunda söhbət olub və biz onu davam etdirəcəyik”.

35 yaşlı forvard bütün karyerasını “Bayern”də keçirib. O, bu mövsüm bütün turnirlərdə 32 matçda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsi bu ilin iyununda başa çatacaq.

Избранный
74
6
sportinfo.az

10Источники