RU

44 yaşlı Ronaldinyo Qauço 72 yaşlı modellə mübasibətdədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyalı əfsanəvi futbolçu Ronaldinyo Qauçonun 72 yaşlı argentinalı model Qrasiela Alfano ilə münasibət qurduğu iddia edilir.
Oxu.Az xəbər verir ki, 1970-80-ci illərdə Argentinanın seks simvolu kimi tanınan Alfano yanvarda hotellərin birində 44 yaşlı Ronni ilə tanış olub və onunla şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb. Bunun ardınca qadın duşdan səmimi bir video da yayımlayıb. İzləyicilər də videonu Ronaldinyonun çəkdiyi qənaətinə gəliblər və beləliklə, onlar arasında münasibət olduğuna dair şübhələr yaranıb.
"Instagram"da bir milyondan çox izləyicisi olan model isə şayiələri təkzib edib:
"Liftdə Ronaldinyo ilə şəkil çəkdirdim. Hamı da duşdakı videonu Ronaldinyonun çəkdiyini düşündü. Əslində, onu mehmanxanadan bir qız çəkmişdi. Video viral oldu və mən bunu çox bəyəndim".
Избранный
24
3
oxu.az

4Источники