RU

Anasının işgəncə verdiyi azyaşlının qəyyumu var imiş... - Video

Xəbər verdiyimiz kimi, anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.

“Qafqazinfo”nun Xəzər TV-yə istinadən məlumatına görə, azyaşlıya körpəlikdən qəyyumluq edən ailənin olduğu məlum olub.

Məlumata görə, Cəmilə Nəsirova adlı qadın ailəsi ilə birgə körpəyə 1 yaş 4 aylığından qəyyumluq edir. 

Cəmilə xanımın sözlərinə görə, gözəllik salonlarından birində çalışan ustadan eşidib ki, Fatimə Ramazanova övladına baxmaq üçün ailə axtarır.

Qadın deyir ki, F. Ramazanova öz övladını Nəsirovlar ailəsinə təhvil verir və ailəyə qəyyumluq verəcəyini vəd edib. Lakin 2024-cü ilin dekabrından yenidən uşağı ailədən alıb və uşağa işgəncə verib.

Fotoda Fatimə Ramazanova

Daha ətraflı vidematerialı təqdim edirik:

Избранный
54
14
qafqazinfo.az

10Источники