RU

Vens: Tramp 2029-cu ilə qədər Meksika ilə sərhəddə divar tikməyi planlaşdırır...

ABŞ prezidenti Donald Tramp 2029-cu ildə ikinci səlahiyyət müddətinin sonuna qədər Meksika ilə sərhəddə divarın tikintisini başa çatdırmaq niyyətindədir...

Poliqon xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Meksika ilə sərhəddə yerləşən İql-Pass şəhərində (Texas ştatı) keçirdiyi mətbuat konfransında deyib.

Prezident Donald Tramp ümid edir ki, müddətinni sonuna qədər bütün sərhəd divarını tamamlayacaq. Əlbəttə, biz fiziki quruluşdan, sərhəd divarının özündən danışırıq” deyə Vens vurğulayıb.

Vitse-prezident ABŞ-nin cənub sərhədində miqrant böhranının kəskinləşməsi fonunda Pentaqon rəhbəri Pit Heqset və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardla birlikdə bölgəyə səfər edib.

Vens həmçinin vurğulayıb ki, ABŞ administrasiyası sərhəd təhlükəsizliyinin effektivliyini artırmaq üçün müxtəlif texnologiyalar, o cümlədən süni intellekt imkanlarını nəzərdən keçirir.

Qeyd edək ki, Donald Tramp andiçmə mərasimindən dərhal sonra ABŞ-nin cənub sərhədindəki böhranla əlaqədar milli fövqəladə vəziyyət elan edib. Tramp həmçinin qeyri-qanuni miqrantların cənub sərhədindən ölkəyə girişinin dayandırılması və ölkədən çıxarılması barədə sərəncam imzalayıb. ABŞ Müdafiə Nazirliyi Meksika ilə sərhəddə təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün 1500 hərbçinin yerləşdirildiyini açıqlayıb.

Poliqon.info

Избранный
17
poliqon.info

1Источники