Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Qulam Əkbərlinin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Qulam Əkbərli 2022-2024-cü illərdə Bakıda MMC-lərin birinin mağazasının müdiri vəzifəsində çalışıb. O, mağazada 02 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək olan dövr ərzində kassaya vurularaq satılmış mallardan əldə edilmiş 12506 manat pulunu mənimsəyib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Kamal Məmmədov