Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, azaldığı açıqlanan inflyasiya məlumatlarından sonra bugünkü iclasda TCMB-nin əsas faiz dərəcəsi olan repo faiz dərəcəsini 2,50 faiz bəndi azaldaraq 42,5 faizə salacağı gözlənilir.
TCMB inflyasiyanı cilovlamaq üçün repo faiz dərəcəsini 50 faizədək qaldırmışdı. Bank faiz dərəcəsini ötən ilin dekabr ayında 2,50 bənd, 2025-ci ilin əvvəlində də 2,50 bənd azaldılaraq 45 faizə endirmişdi.
İqtisadçıların 2025-ci ilin sonu üçün proqnozları repo faiz dərəcəsinin 30 fəzədək düşəcəyidir.