RU

“İncəsənət divar hörmür, körpü salır” – Eyyub Quliyev “Tofiq Abbasovla dialoq” verlişində (FOTO/VİDEO)

Bakı. Trend:

Baku Network ekspert platformasında “Tofiq Abbasovla dialoq”analitik verlişinin yeni buraxılışı yayımlanıb.

Trend xəbər verir ki,verilişin bu dəfəki qonağı tanınmış dirijor, Azərbaycan DövlətAkademik Teatr, Opera və Balet Teatrının musiqi rəhbəri ,Azərbaycanın əməkdar artisti Eyyub Quliyev olub. Söhbət zamanımusiqi sənətinin peşəkar aspektləri ilə yanaşı, daha dərinmövzulara - məsələn mədəniyyətlərin qarşılıqlı əlaqəsi, siyasətinincəsənətə təsiri, həmçinin Azərbaycan musiqi ənənələrinin dünyadaüstünlüyünün qavranılması ilə bağlı labüd bir prosesətoxunulub.

Müzakirələrin əsas aspektlərindən biri incəsənətin xalqlararasında dialoqa nüfuzu olub.

Quliyev beynəlxalq musiqi aləmində azərbaycanlı ifaçılar vəbəstəkarlara olan münasibətin tədricən dəyişməsi ilə bağlımüşahidələrini bölüşüb. O qeyd edib ki, buna qədər yalnış qənaətdəolan kəslər belə Azərbaycan musiqi məktəbinin üstünlüyünü qəbuletməyə məcburdurlar.

“Son zamanlar mən hiss edirəm ki, hətta əvvəllər bizə qarşıaqressiv köklənmiş həmkarlar belə, bunun fərqinə varırlar ki –fakta qarşı çıxmaq olmaz. Onlar Fikrət Əmirov, Qara Qarayev, ÜzeyirHacıbəyovun musiqilərinə qulaq asırlar və bunu qəbul etməyəməcburdurlar – bu böyük sənətdir. Onlar bunun əhəmiyyətinimübahisələndirə bilməzlər”, - deyə maestro bildirib.

Bu, Fikrət Əmirovun “Min bir gecə” baletinin Omanda nümayişizamanı özünü aydın şəkildə büruzə verdi. Layihədə müxtəlifölkələrdən, o cümlədən Baltika teatr baletindən musiqiçilər iştirakedirdilər. Kollektivdə qonşu Ermənistanın nümayəndələrinin də yeralması gərginliyə səbəb olmadı, əksinə, peşəkar ehtiram üstüngəldi.

“Onlar bizim musiqiçilərin inanılmaz səviyyə nümayişetdirdiyini, prestijli müsabiqələrdə və beynəlxalq quruluşlardaiştirak etdiklərini gördükdə, buna qarşı çıxmağın mümkünsüzolduğunu anlamış olurlar”, - deyə Quliyev bildirib.

Maestro erməni tərəfinin nümayəndələrinin ifa olunan Azərbaycanmusiqisini boykot etmək cəhdlərindən də söz açıb, ancaq bu kimihallar bir daha onların Azərbaycanın real mədəni üstünlüyüqarşısındakı qorxularından xəbər verir.

“Bu yaxınlarda bir erməni musiqiçi Azərbaycan musiqisini ifaetməyəcəyini bildirərək, Sofiyada konsertdə iştirak etməkdən imtinaetmişdi. Nəticədə bütün orkestr çıxış etməkdən imtina etdi. Onlarbəlli olan bir şeyi qəbul etməkdən qorxurlar”, - o deyib.

Ancaq tam fərqli misallar da var – məsələn elə hallar olub ki,konsertdən sonra erməni musiqiçilər dirijora yaxınlaşaraq ondanƏmirov və Qarayevin əsərlərinin notlarını istəyiblər.

“Ümidvaram onlar həmin əsərləri özünkiləşdirmək niyyətindədeyillər”, - deyə maestro gülümsəyərək qeyd edib ki, amma təkcəonları musiqimizə maraq göstərməsi faktı özlüyündə çox şeydən xəbərverir.

Quliyev eyni zamanda, incəsənət sahəsinə siyasi təzyiqlərinolması probleminə də diqqət çəkib. O qeyd edib ki, bəzi ölkələrerməni lobbisini razı salmaq üçün azərbaycanlı artistlərə qarşıqeyri-peşəkar və ədalətsiz mövqe tuturlar:

“Biz hətta Azərbaycanı dəstəkləyən bəzi dövlətlərin birdən-birəmədəni ədalət yox, siyasi maraqların diktə etdiyi qərarlar qəbuletdiklərini görürük”.

Onun sözlərinə görə, incəsənət siyasətdən kənarda qalmalıdır,ondan təzyiq aləti kimi istifadə etməklə bağlı istənilən cəhdəksinə gərginliyi artırmış olur.

“Musiqi bir işıqdır, xeyirdir, nəsillər arasındakı bağdır.İncəsənət divar hörmür, körpü salır”.

Maestro Quliyev tarixi paralellərdən bəhs edərək, dünyamüharibələri zamanı düşmən ölkələrin bir-birinin musiqilərini ifaetməkdən imtina etmələrini misal çəkib, amma müəyyən zamankeçdikdən sonra onlar bu yanaşmanın absurdluğunun fərqinəvarıblar.

“Birinci dünya müharibəsi ərəfəsində Rusiyada daha Bethoveni ifaetmirdilər, Almaniyada isə Çaykovskini. Nəticə nə oldu? Bu gün bumaneələr yoxdur. İnsanların gözləri açılır”.

O bildirib ki, zaman keçdikcə incəsənət istər-istəməz siyasiqarşıdurmalara qalib gəlir, Azərbaycan və Ermənistan arasındamünasibətlərin normallaşması üçün isə hər iki tərəfin ictimaidüşüncəsində dəyişikliyə ehtiyac var.

“Biz ədalətdən başqa heç nə tələb etmirik. Qərbi Azərbaycanİcması, bir ictimai təşkilat olaraq siyasi ultimatumlar irəlisürmür. Biz sadəcə ədalətli barışıq istəyirik”.

Söhbətin sonunda maestro Azərbaycanın öz mədəniyyətini fəalşəkildə dünyada təbliğ etdiyini və bu istiqamətdə göstərilənfəaliyyətin nəzərəçarpan nəticələr verdiyini diqqətə çatdırıb.

O, “Min bir gecə” tamaşası kimi iri layihələrin beynəlxalqmədəniyyət aləmində Azərbaycanla bağlı yeni düşüncənin formalaşmasıüçün bir açar olacağına əminlik ifadə edib.

“Sən Qarayev, Əmirov, Hacıbəyovun musiqilərini ifa edəndə -onlarla işıq, sevinc, fəxarət duyursan. Millətin üzü elə budur", -o əlavə edib.

Maestro bu cür təşəbbüslərin davam etdiyini, incəsənətin isəinsanların ayrılmasına yox, birləşməsinə vəsilə olacağına ümidiniifadə edib.

“İncəsənət
“İncəsənət
“İncəsənət
Məqalədə:
Избранный
30
3
az.trend.az

4Источники