"Barselona"nın idman direktoru Deku braziliyalı ulduz futbolçu Neymarın mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, çoxdan gözlənilən transferin gerçəkləşib-gerçəkləşməyəcəyi barədə konkret söz söyləməyib.
"İqtisadi durum yaxşılaşacağı təqdirdə, Neymar "Barselona"ya keçəcəkmi? Düşünmürəm ki, məsələ təkcə iqtisadi amillərlə bağlıdır. Mən Neymarla öyünürəm. Bizim yaxın mövsümə aid dəqiq planlarımız yoxdur", - deyə Deku vurğulayıb.
Qeyd edək ki, hazırda "Santos"un formasını geyinən Neymar "Barselona"da oynadığı 2013-2017-ci illər aralığında 186 matçda 105 qol vurub, 76 məhsuldar ötürmə verib.